30 Aprel, 2015
Moskva müftisi Rusiyanın bəzi bölgələrində müellimələrin hicab problemindən danışıb

Rusiya İctimai Palatasının üzvü moskava şəhər müftisi Albir Krqanov Rusiya Dini Azadlıq assosiasiyasının keçirdiyi "Böyük Ailə - Rusiyanın Gələcəyi"adlı dəyirmi masa zamanı ölkənin bəzi regionlarında məktəblərində müsəlmanlara tətbiq olunan hicab qadağısı məsələsini gündəmə gətirib.

Tədbirdə iştirak edən din xadimləri, ziyalılar və alimlər, ictimaiyyət nümayəndələri son illər ailələrdə müşahidə edilən aktual problemləri, cəmiyyəti narahat edən məsələləri müzakirə ediblər.

Rusiya müftisi Mordoviya hökumətinin məktəblərdə hicaba qadağa qoymaq qərarının Rusiya Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmasını tənqid edib.

Krqanov qeyd edib ki, 28 tatar müıəllimənin aclıq aksiyasına başlayacağını bildirərkən mən-   "İnsanın öz canını təhlükəyə atmasının yolverilməz olduğunu bildirdim lakin onlar Rusiya vətəndaşı kimi öz hüquqlarını qorumaq üçün Moskvaya piyada yürüş etmək niyyətində olduqlarını bildirdilər.

"Onlar bildirib ki, biz yürüşə başlayaraq Mordaviyadan Kremlə gedəcəyik. Niyə Rusiya vətəndaşı olan müsəlman qadınların hicab bağlamaq hüququ pozulmalıdır? Hicab dini atributumuz olması ilə yanaşı həm də bizim milli atributumuzdur".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3050.html