29 Aprel, 2015
"Boko Haram" terror qruplaşması əsirliyində olan yüzdən çox məktəbli qız azad olundu
Nigeriya ordusu "Boko Haram"təkfirçi terror qruplaşmasının 3 hərbi düşərgəsini məhv etdiyini, yüzlərlə qız və qadının əsirliyindən azad edilməsindən xəbər verib.

Ahlibeyt.az-ın Euronews-a istinadən verdiyi  məlumata görə, Nigeriya ordusu bildirib ki, bu qızlar və qadınların azad edilməsi əməliyyatı Nigeriyanın cənubunda, Sambisu meşələrində həyata keçirilib.

Əməliyyat zamanı ordu qüvvələri Boko Haramın 3 düşərgəsini məhv edib, 200 qız və 93 qadını Boko Haramın əsirliyindən xilas edib.Nigeriya ordusu bildirib ki,bir il əvvvəl Çibuku kəndindən qıçırılmış  qızların da azad edilən qızlar arasında olduğu ehtimal olunur.

Qeyd edək ki, 2014-cü ilin aprelində Nigeriyanın şimalında, Çibuku kəndində 200-dən çox məktəbli qız Boko Haram tərəfindən qaçırılmışdı.Onlardan bir çoxunun bu günə qədər taleyi naməlum olaraq qalır.. Bu məsələ dünya səviyyəsində ciddi rezonans doğurmuşdu.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3045.html