
İraqdakı təqlid mərcəsi Ayətullah Üzma Seyyid Əli Sistani "Quran-Kərimin qeyri-müsəlmanlara satışı" barədə sualı cavablandırıb.
Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,Qum şəhərində Həzrət Rüqəyyə adına olan "Rüqəyyə (s) Quran Mərkəzi"nin ruqayah.net informasiya portalının məlumatında bildirilir ki,Ayətullah Üzma Seyyid Əli Sistani "Quran-Kərimin qeyri-müsəlmanlara, kafirlərə və səmavi dinlərdən olan "kitab əhli"nə (məsihi və yəhudi) satışı" barədə sualı cavablandırıb.
Ayətullah Sistanindən soruşulan sual və verilən cavabın mətnini təqdim edirik:
Sual: Əgər bilsək ki, kafir və "kitab-əhli" olan qeyri-müsəlmanlar Quranı oxumaq üçün istəyirlər, bu zaman onlara Quran kitabı satmağın hökmü nədir?
Cavab: Caizdir (satmağa icazə var, satmaq olar).