
İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində yeni “xəlifə” sədaqət andı içiblər.
Ahlibeyt.az-ın Ria-ya istinadən verdiyi xəbərə görə,İŞİD terrror qruplaşmasına rəhbərlik keçmiş fizika müəllimi Əbu Ala əl-Əfri ləqəbi ilə tanınan Mustafa əl-Şeyxlərə həvalə olunub.Bu, qruplaşmanın lideri Əbubəkir əl-Bağdadinin ölümünün təsdiq olunmasından sonra baş verib.
Məlumata görə, bir neçə gün əvvəl qruplaşmanın İraqdakı mövqelərinə olunan aviazərbələr nəticəsində yaralanan əl-Bağdadi Suriyaya aparılmış lakin Rakka şəhərində şəxsi həkiminin nəzarəti altında olmasına baxmayaraq dünyasını dəyişib.
Məlumata görə İŞİD-in yeni lideri əvvəllər “Əl-Qaidə”nin İraqdakı “məşvərət şurasının” sədri olub.