25 Aprel, 2015
Husilər Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehlə müttəfiq olmadıqlarını bildiriblər

Əli Abdullah Salehlə müttəfiq deyilik. Onun bizi geri çəkilməyə dəvət etməyi əhəmiyyətsizdir və bu, yalnız onun fikridir.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə,Al Mayadeen agentliyinin yaydığı məlumatda bunu Husilərin "Ənsarullah" hərəkatının siyasi üzvü Məhəmməd Buxeyti bildirib.

Qeyd edək ki, husilərin əsas müttəfiqi hesab edilən Əli Abdullah Saleh bundan əvvəl etdiyi çıxışda tərəfdarlarını BMT Təhlükəsizlik Şurasının qərarına əməl etməyə, həmçinin silahlıları əyalət mərkəzlərini tərk etməyə, nəzarəti ordu və təhlükəsizlik qüvvələrinə tapşırmağa, Səudiyyə Ərəbistanını hücumlarını dayandırmağa çağırıb.

Bundan əvvəl bəzi Səudiyyə Ərəbistanı diplomatları Əli Abdullah Salehin Yəməndən xaricə aparılmağına təminat verilməyini istəyiblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3034.html