23 Aprel, 2015
İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağda qondarma "seçkilər"i pislədi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində qondarma "seçkilər"in keçirilməsi barədə məlumatları pisləyərək bəyan edib ki, bu "seçkilər" qanunsuzdur və BMT-nin qətnamələri ilə ziddiyyət təşkil edir.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Trend "Emirates News Agency" (WAM) agentliyinə istinadən məlumatda bildirilir ki,təşkilatın saytında  İƏT-in baş katibi İyad Mədəni beynəlxalq ictimaiyyəti bu prosesi pisləməyə və onun qanunsuzluğunu tanımağa çağırıb.

İ.Mədəni İƏT-in müvafiq beynəlxalq qətnamələr çərçivəsində və dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığı əsasında Ermənistanla ərazi münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Azərbaycanın səylərinin dəstəklənməsi ilə bağlı prinsipial daimi mövqeyini təsdiq edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3032.html