23 Aprel, 2015
İraqda İmam Əliyyən Nəqinin(ə) ziyarətgahından qayıdanlara hücum edilib 8 zəvvar həlak olub

Dünən axşam müsəlmanların 10-cu imamı Əliyyən Nəqinin(ə) İraqda yerləşən məqbərəsinin ziyarətindən qayıdan zəvvarlara Samirra şəhərinin cənubunda, "əl-İshaqi" deyilən ərazidən keçən yolda hücum edilib, nəticədə 8 zəvvar həlak olub, 15-nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ahlibeyt.az-ın Hurriyet.com.tr-a istinadla verdiyi xəbərə görə,Səlahəddin bölgəsinin təhlükəsizlik idarəsinin yaydığı məlumatda qeyd olunur ki,hücum üzərində partlayıcı olan kamikadzenin avtobusa daxil olaraq özünü partlatması ilə həyata keçirilib.

Bildirək ki, bundan əvvəl Samirranın Şiə Vəqfiyyat İdarəsinin sədri şeyx Sami əl-Məsudi 11-ci imam Əliyyən Nəqinin(ə) şəhadət ildönümü ilə əlaqədar şəhərə iki milyon zəvvarın getdiyini bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3031.html