
Suriyanın baş müftisi Şeyx Badraddin Hassun Avropaya xəbərdarlıq etdi. O əgər ölkəsinə hücum olarsa, şəhadəttələb suriyalıların düşmənə cavab vermək üçün hazır olacaqlarını bildirib. Şeyx Əhməd Hassun deyib ki, hücum baş verdiyi halda Amerikadakı və Avropadakı suriyalılar da şəhadəti seçəcəklər.
Şeyx Əhməd Hassun avropalılara xəbərdarlığında əlavə olaraq deyib ki, hücum baş verdiyi halda dişə dişlə, gözə gözl cavab verəcəyik.
Xatırladaq ki, bir həftə öncə Suriyadakı etirazları qızışdıran xarici ölkələrin dəstəklədiyi silahlılar Şeyx Əhməd Bədrəddin Hassunun oğlu Səriyə Hassunu qətlə yetiriblər.