
Səbail Rayon Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi təqdimata baxılıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə APA-ya məlumat verən vəkil Əfqan Məmmədov bildirib ki, məhkəmənin qərarı ilə E.Mustafayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Qeyd edək ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.