
Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Nazirlər Kabineti "Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"nda dəyişiklik edib.
Ahlibeyt.az-ın "Report"a istinadla xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Məlumatda qeyd olunur ki, Bakıdakı Heydər Məscidi mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.
Qeyd edək ki, siyahıdakı obyektlərin mühafizəsi dövlət büdcəsindən maliyyələşdirilən və maliyyə yardımı alan müəssisə və təşkilatlarda dövlət büdcəsinin vəsaiti, təsərrüfathesablı müəssisə və təşkilatlarda isə öz vəsaiti hesabına təmin edilir.