13 Aprel, 2015
Gürcüstanda Xanım Fatimeyi-Zəhranın mövludu təntənə ilə qeyd olundu(fotolent)

Dünyanın bir çox ölkələrində olduğu kimi,Gürcüstan müsəlmanları da ölkənin müxtəlif bölgələrində  Hz.Fatimeyi Zəhranın (s.ə) təvəllüdü təntənə ilə qeyd ediblər.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Sədri(BGMİ) Ramin İgidovun verdiyi məlumatda qeyd olunur ki, ötən il olduğu kimi bu il də aprel ayının 9-dan başlayaraq paytaxt Tbilisidə, Marneulidə və müsəlmanlar yaşayan bir neçə rayon və kəndlərdə - məscidlərdə və böyük salonlarda BGMİnin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın və dini təşkilatların təşkilatçılığı və yerli müsəlmanların yardımı və iştirakı ilə Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, Xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə silsilə bayram tədbirləri keçirilib.

Bu gün isə Gürcüstan “Müsəlman Qadınları İcması”nın təşəbbüsü ilə Qardabani rayonunda təşkil olundu.

Bütün Gürcüstan Müsəlmanları İdarəsi Xanım Zəhranın (s.ə) şərəfinə keçirilən mərasimlərə zəhməti keçən hər kəsə dərin minnətdarlığını bildirir, mehriban Allahdan əcr diləyir. Allah qəbul etsin. Amin!

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2989.html