
Yəmənin paytaxtı Sana və ölkənin digər əyalətlərində yüzminlərlə insan Səudiyyə Ərəbistanının hücumlarına qarşı irimiqyaslı aksiya və nümayişlər keçirib.
Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Salamnews al-maseera-ya istinadla xəbər verib.Məlumatda bildirilir ki, kütləvi nümayiş iştirakçıları beynəlxalq ictimaiyyətdən Səudiyyə Ərəbistanının hücumunun qarşısını almaq, rəsmi ər-Riyad və müttəfiqlərinin hüquq normaları və beynəlxalq qanunlara uyğun şəkildə təqibini tələb ediblər.
Etirazçılar yəmənliləri hücum qaşısında vahid və mübariz olmağa çağırıblar.