7 Aprel, 2015
Suriyanın İdlib şəhərində terrorçular 300-dən çox dinc sakini oğurlayıb

“Cəbhət ən-Nusra” terror təşkilatının silahlıları Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərinin ətrafında 300-ə qədər kürd əsilli dinc sakini əsir götürüblər.

Ahlibeyt.az-ın mk.ru-ya  istinadla verdiyi xəbərə görə, terrorçular sakinləri Əl-Dana yaşayış məntəqəsindən qaçırıblar.Oğrlanan vətəndaşla arasında xeyli sayda uşaqların olduğu bldirilir.

Suriyanın SANA dövlət agentliyi hökumət ordusunun "ən-Nusra"nın İdlib və onun ətrafında yerləşən məskənlərdəki mövqelərini atəşə tutmağa başladığını nəticədə 200 -dən çox terrorçunun məhv edildiyini bildirib.

Qeyd edək ki,bir neçə gün əvvəl Suriyanın 100 mindən çox əhalisi olan İdlib şəhəri təmamən terrorçuların nəzarəti altına keçmişdir və bu Rakka şəhərindən sonra terror qruplaşmasının nəzarətində olan ikinci şəhərdir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2961.html