6 Aprel, 2015
Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşü olub(foto)

Ciddədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub.

Ahlibeyt.az-ın Prezident.az-a istinadən verdiyi xəbərə görə,Baş katib İyad bin Amin Mədəni və Prezident İlham Əliyev birgə nahar ediblər.Naharda İƏT-in baş katibi İyad bin Amin Mədəni və Prezident İlham Əliyev çıxışları olub.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İslam Əməkdşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin görüşü oldu.

Görüşdə Azərbaycan ilə İƏT arasında yüksək səviyyəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Bu görüşün əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

39975-c8a6c61cf50e1b3f583f010f12385382

39973-a3902b86c1385fb9bc2ff8182195e26c

39966-d1fe92ca962b36d42ba4ea2a268e6186

39978-96e3eb589e67ce40570ce333642bbce3

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2960.html