
BMT-nin yeni hesabatında “əl-Qaidə" və "İslam Dövləti" (İŞİD) kimi terror təşkilatlarının sıralarına əcnəbi axınının hazırda daha intensiv davam etdiyi və bunun qlobal təhlükəsizliyə uzunmüddətli təhdid yaratdığı bildirilir.
Ahlibeyt.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, BBC nin yaydığı məlumatda bildirilir ki, adı çəkilən qruplaşmalardakı əcnəbi silahlıların sayı ötən ilin yayından etibarən 70% artıb.
Ekspertlərin qeyd etdikləri kimi, ən azı 100 ölkədən olan 25 mindən çox insan İraq, Suriya, Liviya, Pakistan və Filippin ərazisində fəaliyyət göstərən “cihadçı”lara qoşulub.