2 Aprel, 2015
Husilər və ölkənin ordu birləşmələri Adən şəhərinin mərkəzinə daxil oldular

Husilərə məxsus hərbi birləşmələr keçmiş prezident Abdulla Salehe sadiqliyini saxlayan ordu birləşmələri ilə birlikdə istefa vermiş prezident tərəfdarlarının əlində olan Adən şəhərinin mərkəzinə daxil olublar.

Ahlibeyt.az-ın riafan.ru-ya istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən qüvvələrin intensiv hava zərbələrinə baxmayaraq, Husilər və Yəmən ordusu tank birləşmələri Adən şəhərinin mərkəzinə nəzarəti öz əllərinə keçiriblər.

Husilərin nümayəndəsi Məhəmməd Abdulsalam bildirib ki,işğalçıların bütün cəhdləri və Yəmən xalqını öz iradələrinə tabe etmək cəhdləri boşa çıxacaq.

Qeyd edək ki,ölkədəkə mövcud vəziyyəti nəzarət altına almaq üçün Husi hərəkatının hərbi qanadı və keçmiş prezident Abdulla Salehə sadiq qalan ordu birləşmələri ölkəni parçalamağa cəhd edən Əl-Qaidə terrror qruplaşmasına və Səudiyyə tərəfindən dəstəklənən legitimliyini itirmiş Mənsur Hadi tərəfdarlarına məxsus silahlı birşəlmələrə  hərbi əməliyyatlar keçirir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2946.html