
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Yəməndə baş verən hadisələrə münasibət bildirib.
Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi məlumata görə, A. Paşazadə təəssüflə vurğulayıb ki, ərəb dövlətləri Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədilər, amma Ərəb Ölkələri Liqası Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdı: “Bütün bunlar çox təəssüf ki, məzhəb ayrı-seçkiliyinin əlamətidir”.