
Sabah Azərbaycanın bütün məscidlərində moizələr 31 mart soyqırımına, ermənilərin törətdikləri kütləvi qətllərlə nəticələnən təcavüzə həsr olunacaq.
Ahlibeyt.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə idarədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə bildirib.QMİ Sədri qeyd edib ki, bununla bağlı bütün məscidlərə göstəriş verib.
Məscidlərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin mahiyyəti barədə məlumatlar veriləcək, soyqırım qurbanlarının ruhuna dualar oxunacaq.