30 Mart, 2015
Böyük Britaniyada ilk İslam radiosu fəaliyyətə başlayıb

Britaniyada yerli əhalini İslam dininin gözəllikləri və incəlikləri ilə tanış etmək məqsədi ilə dini radiostansiya açılıb.

Ahlibeyt.az-ın Azadxebere istinadən verdiyi məlumata görə, mart ayının 29-da Böyük Britaniyada ilk İslam yönümlü radiostansiyaya lisenziya verilib.

Yeni radiostansiyada dini mövzular və dini mahnıların yayımlanması planlaşdırılır.

Britaniyada İslam telekanallarının sayı kifayyət qədər olsada , müsəlman radiokanalı ilk dəfədir ki, fəaliyyətə başlayıb.

Xatırladaq ki,rəsmi məlumatlara görə Britaniyada 3 milyona yaxın müsəlman yaşayır və ölkənin 4,8 faizini təşkil edir. Bu səbəbdən ölkənin ən baxılan kanallarının siyahısında bir neçə İslam kanalı da yer alır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2928.html