24 Mart, 2015
QMİ-dən Həcc zəvvarlarına müraciət

Qafqaz Müsəlmanları İdarəsi 2015-ci ildəki həcc ziyarəti ilə bağlı əlavə izahat verib.Məlumata görə, izahatda zəvvarların mütləq biometrik pasportları olmasının vacibliyi qeyd edilib.

Ahlibeyt.az-ın  İslam.az-a istinadən verdiyi xəbərə görə, QMİ-dən verilən məlumatda qeyd olunur ki, Həcc ziyarətinə getmək istəyənlər mütləq yeni tip biometrik pasport əldə etməlidirlər. Biometrik pasportun olması Səudiyyə Ərəbistanının tətbiq etdiyi yeni qaydalara əsasən tələb olunur. Xatırladaq ki, Azərbaycanda 11 mart tarixindən etibarən bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, builki ziyarətin şərtlərində əvvəlki illərə nisbətən dəyişiklər var.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2921.html