8 Oktyabr, 2011
Hicab məhbuslarından ikisi azadlığa buraxılıb

Oktyabrın 7-də Nərimanov Rayon Məhkəməsində “Hicaba azadlıq” aksiyasına görə həbs olunanlardan beşinə - Əlvan Hüseynov, Rövşən Məmmədov, Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Miriyevə hökm oxunub.

Əlvan Hüseynov və Rövşən Məmmədov 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti cəza ilə məhkəmə zalından azad buraxılıblar.

Araz İsmayılov Cinayət Məcəlləsinin 127-ci maddəsi (Qəsdən sağlamlığa az ağır zərər vurma) üzrə bəraət alaraq 2 il 6 ay, Nurani Məmmədov və Rüfət Miriyevin hər biri 2 il müddətinə azadlıqdan məhrum olunub.

Mayın 6-da Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiyaya görə 15 nəfər cinayət məsuliyyətinə alınaraq həbs edilib.

islam-azeri.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-292.html