
Türkiyə Radio və Televiziya Şurası(RTÜK) Fox.TV-də yayımlanan "Unutma Beni" teleserialda meymun əl oyuncağına Əli adının verilməsi İslam cəmiyyəti üçün yüksək mənəvi dəyəri və əvəzedilməz şəxsiyyət olan İmam Əliyə (ə) təhqir kimi qiymətləndirərək, sözü gedən televiziya kanal dini dəyərləri təhqir etdiyinə görə cərimələnib.
Ahlibeyt.az-ın timeturk-ə istinadən verdiyi xəbərə görə, Televiziya Şurası tərəfindən cari ilin fevral ayının 26-da Foxtv də yayımlanan "Unutma Beni"serialında meymun əl oyuncağa Əli adının verilməsi kanal qarşısında etirazlara səbəb olmuşdur və bununla verlişləırin cəmiyyətin milli və mənəvi dəyərlərinə zidd olmayacağına dair 6112 saylı qanunun 8/1/f maddəsinin pozulduğu qənaətinə gəlindiyi qeyd edilirək televiziya kanalına qanunda nəzərdə tutulan cəza tətbiq ulunmuşdur.
Qeyd edək ki, hadisəyə görə minlərlə müsəlman Fox.TV-nin qarşısında toplanaraq,kanala etirazını bildirmişdi.