
Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevi qəbul edib.
Ahlibeyt.az-ın verdiyi məlumata görə,Komitəninmətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki,görüşdə ölkəmizdə Qurani-Kərimin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) çap olunmasının vacibliyi, bunun üçün mövcud imkanlar və digər məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası ilə nəşr olunması nəzərdə tutulub.
Görüşün sonunda Dövlət Komitəsinin sədri Səmyar Abdullayevə brayl əlifbası ilə çap olunmuş Qurani-Kərim hədiyyə edib.