
Almaniya Federal Konstitusiya Məhkəməsi dövlət məktəblərində işləyən müəllimlərə tətbiq olunan baş örtüsü qadağasının ölkə konstitusiyasına zidd olduğunu bəyan edərək ləğv edib.
Ahlibeyt.az-ın İslamnews-a istinadən verdiyi xəbərə görə,Almaniya ümumtəhsil ocaqlarında müəllimlərin hicab bağlaması məsələsi 1998 ci ildən sonra dəfələrlə müzakirəyə çıxarılmışıdır. 2004-cü ildə məhkəmə tərəfindən qoyulan bu qadağa din azadlığını pozurdu.
Qeyd olunur ki,məhkəmə iddiası iki müsəlman müəllimə tərəfindən qaldırılmış və onların iddiası təmin olunaraq hicab qadağasına qoyulan qadağa ləğv olunmuşdur.
Qadağaya səbəb kimi hicabın siniflərdə təfriqəyə səbəb ola biləcəyi və müəllimin neytrallığı barədə sualların yarana biləcəyi göstərilirdi.
Almaniyanın İslam təşkilatları və müsəlman icmaları ölkənin Konstitusiya Məhkəməsinə məktəb müəllimlərinə qoyulan hicab qadağasını ləğv etdiyinə görə təşəkkürlərini bildirmişlər.