
Xəbər vermişdik ki, Livanda fəaliyyət göstərən "İmam Həkim" Fondunun rəhbəri Ayətullah Seyyid Əli Həkim Qahirədə əl-Əzhər şeyxi Əhməd ət-Teyyib və Misirin müftisi Əli Cümə ilə görüş keçirmişdir. Həmin görüş barəsində bəzi KİV-lər yazmışdılar ki, əl-Əzhər şeyxi şiəliyi ciddi tənqid edib. Mətbuatda getmiş bu yazılara Ayətullah Əli Həkim münasibət bildirib.
O deyib ki, əl-Əzhər şiəliklə və şiələrlə düşmən deyil. əl-Əzhər yalnız özünə şiə adı qoyub hər addımbaşı sünnilərə hücum edənlərin qarşısını almağı istəyib və onlarla əks mövqedə dayandıqlarını bildirib. Və görüşümüzdə Əhməd ət-Teyyib mətbuatda yazılanlar kimi şiəliyin ünvanına zidd fikirlər səsləndirməyib.
Həmçinin Misirin müftisi Əli Cümə ilə görüşdüklərini deyən Ayətullah Əli Həkim bildirib ki, Əli cümə tezliklə Nəcəfə səfər edəcəyinə söz verib.