
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində yaradılmış internet televiziyası www.müslimmedia.ge saytı üzərindən fəaliyyətə başlayıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, layihənin rəhbəri Vidadi Qurbanovun Salamnews-a verdiyi məlumatda bildirilir ki,verilişlər silsilə xarakter daşıyacaq və verilişlərdə mütəmadi olaraq dini, cəmiyyəti mənəvi zəmində maraqlandıran daha aktual mövzulara yer ayırılsın, Gürcüstanda keçirilən tədbirlər yayımlansın.
V.Qurbaniv bildirib:"Ümid edirik ki, bu vasitə ilə maarifləndirmə və məlumatlandırma sahəsində dinimizə və cəmiyyətimizə az da olsa xidmət etmiş olarıq. İlkin çəklişlər olduğuna görə müəyyən texniki və s. qüsurlara görə üzr istəyirik. Ümidvarıq rəy və təklifləriniz sayəsində işimizi gündən -gündən daha da təkmilləşdirək".