
İslamda ziyarət ən əhəmiyyətli yerlərdən birini tutur. Hədislərdə deyilir ki, ata-ananı, qohum-əqrəbanı və övladları ziyarət etmək insanın ömrünü uzadır, onun ruzisinin bol olmasına şərait yaradır. Bizə yaxın olan insanlar dünyasını dəyişsə belə onları ziyarət etməklə mənəvi rahatlıq tapırıq. Bu adət-ənənə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da mövcuddur.
Müsəlman dünyasının bir parçası olan ölkəmizdə də tarixən insanların həyatında böyük rol oynayan, bir çox hallarda isə onların son ümid yerinə çevrilən bu ziyarətgahlar öz dəyərini qoruyub saxlayır.Bəs görəsən yüz illərdən bəri kütlələri özünə bağlayan bu dini məkanlar doğrudanmı insanların həyatına ciddi təsir göstərir? Onları ziyarət etmək nə dərəcədə doğrudur?Kəbənin ətrafında yerləşən İbrahim məqamı ilə bağlı Bəqərə surəsinin 125-ci ayəsini dəlil gətirən ilahiyyatçı Şahin Həsənli mövzu ilə bağlı AzadXeber.az-a ətraflı məlumat verib: