7 Oktyabr, 2011
Bəhreyn inqilabçıları daha bir şəhid verdi

Bəhreyn inqilabçıları xəbər verirlər ki, Ali Xəlifə polisi "əş-Şaxurə" məntəqəsinin sakini 16 yaşlı Əhməd Cabir Qəttan şəhid edilib. İnqilabçıların bildirdiyinə görə Əhməd Cabir başından aldığı güllə yarası nəticəsində həyatını itirmişdir.

Həmçinin bildirilir ki, polis şəhidin qardaşını da həbs etmiş və valideynlərini onun nəşinə yaxın buraxmırlar.

Bu gün Cümə namazından sonra şəhid torpağa tapşırılacaq.

Qeyd edək ki, Əhməd Cabir Qəttan şəhadətiləBəhreyndə şəhid olanların sayı 46-a yüksəldi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-286.html