2 Mart, 2015
İraq Baş Naziri İŞİD-ə qarşı irimiqyaslı əməliyyatın başlanmasına əmr verdi

İŞİD-ə qarşı irimiqyaslı əməliyyat başladı - Iraq baş naziri Hedər-əl İbadi

İraq Baş naziri Heydər əl-İbadi İŞİD terror qruplaşmasına qarşı irimiqyaslı əməliyyatın başlanmasıması üçün təlimat verərək əməliyyatın başlanmasını elan etdi.

Ahlibeyt.az-ın İraq mediasına istinadən verdiyi  xəbərə görə, martın 2-də Baş Nazir Heydər əl-İbadi ölkənin ən böyük bölgəsi  Səlahəddinin mərkəsi  olan Samirə şəhərinə gedərək, əməliyyat barədə son tapşırıqlarını verirərək əməliyyatın başlanmasını əmrini verib.

Təlimatda bildirilib ki, İraqın Səlahəddin bölgəsində İŞİD-ə qoşulmayan və silahdan istifadə etməyən mülkü sakinlərə toxunulmayacaq. Polis generalı, komandan Raid Cövdət martın 2-də İraqın İŞİD-dən təmizlənməsi üçün ikinci əməliyyata başlanıldığını və yaxın zamanda Səlahəddin bölgəsinin terrorçulardan təmizlənəcəyi xəbərini verəcəyini söyləyib.

Məlumatda bildirilir ki, ordu bölmələri terrorçu qruplaşmaya qarşı əməliyyat çərçivəsində İraqın paytaxtını Kərkükə və bölgə şəhərlərinə birləşdirən bəzi avtomobil yolları nəqliyyatın hərəkəti üçün bağlı elan edib.

Son məlumatlara görə,ordu bölmələri İraqın Tikrit şəhəri istiqamətində hərəkətə keçib.

Xatırladaq ki, Səlahəddin bölgəsi İŞİD-in nəzarəti altındadır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2854.html