27 Fevral, 2015
Finlandiya radiosunda Quran oxunacaq

Finlandiyanın dövlət radiosu “YIE” tərəfindən Quran tilavəti verlişlərini efirə buraxmaq haqda qərar çıxarılıb.Hər biri 30 dəqiqə davam edəcək verliş çərçivəsində 60 proqramda Qurani-kərim tam olaraq tilavət olunacaq.

Ahlibeyt.az-ın İslam.com.ua-ya istinadən verdiyi xəbərə görə,müqəddəs kitabın oxunuşuna həsr edilmiş  proqram mart ayının 7-də Radio1 stansiyası tərəfindən efirə buraxılacaq.layihə Finlandiyada insanların İslam mədəniyyəti  və səmavi kitabın məzmunu barədə məlumatın artırılmasına xidmət edir.

Məlumatda qeyd olunur ki,hər verliş öncəsi Finlandiya İslam İcmasının imamı Anas Haccar və Qurani kərimin fin dilinə tərcüməçisi professor Yakko Hamen Antilla (Jaakko Hämeen-Anttila)çıxış edəcək.Proqramda ərəbcə səslənəcək ayələrin tərcüməsi ilə yanaşı surələrin nazil olma tarixi, məzmun və təfsiri də izah olunacaq.

Xatırladaq ki, 5,4 milyon əhalisi olan Finlandiyada 60 min müsəlman yaşayır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2850.html