
Avstriya Parlamenti yüz il öncə qüvvəyə minən İslam barədə qanuna düzəlişlər edilib. 1912-ci ildə qəbul edilən qanun İslamı Avstriyanın əsas dinlərindən biri kimi tanıyır.
Ahlibeyt.az-ın bbs-yə istinadən verdiyi xəbərə görə,Avstriya qanunlarındakı yeni düzəlişlərdə müsəlmanların bir sıra hüquqları genişləndirilir, o cümlədən dini bayramlar zam müdafianı müsəlmanlara işə çıxmamaq hüququ verilir.Qanuna görə xəstəxanalarda və məhkumluq həyatı sürən müsəlmanlara din xadimlərinin xüsusi buraxılışına icazə verilir. edilir.
Qanuna düzəliş zamanı müsəlmanlarının etirazına səbəb olan bənd də daxil edilib,beləki ölkədə məscid və mədrəsələrin xaricdən maliyyələşməsini qadağan edir.
Hökumət bu addımın radikallıqla mübarizə üçün atdıqlarını desələr də, müsəlman liderlər bunun irqi ayrı-seçkilik olduğunu deyirlər. Onların sözlərinə görə, xristianlar və yəhudi icmaları xarici maliyyələşmə hüququnu özlərində saxlayır.
Müsəlmanların yeni qanunla əlaqədar Konstutisiya məhkəməsinə müraciət edəcəklər.
Hazırda Avstriyada yarım milyon müsəlman yaşayır. Bu da əhalinin 6 faizini təşkil edir.