
əl-Əzhər Universitetinin rektoru Şeyx Əhməd ət-Teyyib Universitetin Ali Şurası tərəfindən ünvanlanmış bəyanatda Fars körfəzi ölkələrinin rəhbərlərini xalqın istəklərinə qulaq asmağa və onlarla danışıqlar etməyə çağırıb.
Əhməd ət-Teyyib bəyanatda bildirib ki, baş verən hadisələr nigarançılıq doğurur. Və bu həmin nigarançılıqlardır ki, Hz.Rəsuli-Əkrəm(s) onlar barədə xəbərdarlıq etmişdir.
Bu münaqişələr ərəb icmasının yaşayışını təhlükəyə atır və xarici qüvvələrin bölgədə iştirakına zəmin yaradır və bu da öz növbəsində imperialistlərin bölgənin taleyində rol oynamalarına yol açır deyilən bəyanatda bu hadisələrin İslam ümmətinin ürəyini ağrıtdığı və qana döndərdiyi bildirilir.