
Qahirədəki Dinşünaslıq Akademiyasının və əl-Əzhar Universitetinin rəhbəri, İslam dünyasında böyük nüfuz sahibi olan Şeyx Əhməd əl-Tayib müsəlman ölkələrində ekstremizmlə mübarizə aparmaq üçün dini təlimi radikal şəkildə dəyişməyə çağırıb.
Ahlibeyt.az-ın Musavat.com-a istinadən ver xəbərə görə, Məkkədə terrorizmlə mübarizə konfransında çıxış edən əl-Tayib qeyd edib ki, Quranın və İslam peyğəmbərinin (s) hədislərinin (həyatının) nəsildən-nəslə düzgün təfsir olunmaması İslamın fanatik və dözülməz interpretasiyasına gətirib çıxarıb.
Şeyx məktəb və universitetləri müsəlmanlar arasında birliyi təbliğ eləməyə çağırıb və vəhşilik və qəddarlıq tətbiq edən terrorçu qruplaşmaları lənətləyib.