22 Fevral, 2015
İŞİD ən qədim məscidlərdən birini təmamən dağıtdı

İŞİD terror qruplaşmasının silahlıları İraqda ən qədim məscidlərdən birini – Əl Faruk məscidini partladıblar.

Ahlibeyt.az-ın euronews-a istinadən verdiyi xəbərə görə,Əl-Anbar əyalət administrasiyasının rəsmi nümayəndəsi Süleyman əl Kabisi bütün məscid ərazisinin minalandığı və məscidin tamamilə dağıdıldığını bildirib.

Məlumatlara görə Ər Ramadi şəhərindən 90 km qərbdə yerləşən Faruq məscidi İraqın qədim tarixi abidələrindən biri oluğu,məscidin Vll əsrdə ikinci xəlifə zamanı inşa olunduğu  qeyd olunur.

İraq turizm və abidələr nazirliyinin verdiyi məlumata görə,İŞİD terror qruplaşması son bir il ərzində ölkədə 30 dan çox məscid və ziyarətgah dağıdılmışdır ki,onların da böyük əksəriyyəti istisnasız tarixi əhəmiyyətə malik abidələr sırasında olmuşdur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2829.html