19 Fevral, 2015
Səudiyyə Ərəbistanı müftisi ölkənin din xadimlərini siyasətdən uzaq durmağa çağırıb

Səudiyyə Ərəbistanının baş müftisi Əbdül-Əziz bin Abdullah Ali-Şeyx dini təlimat kurslarını bitirmiş və ölkədə dini təbliğata (dəvət) başlayanlar qarşısında çıxışı zamanı yerli din xadimlərini siyasətdən və siyasi motivli hədislərin nəqlindən çəkindirib.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, müfti bu çağırışını müsəlmanların fitnə və təfriqəyə düşməmələri üçün etdiyini bildirib.

Qeyd edək ki,Səudiyyə Ərəbistanının adı çəkilən baş müftüsi daxil olmaqla bir çox din xadimləri bəzi  İslam ölkələrində,xüsusən Suriya və Liviyada insanların dövlət əleyhinə çıxmaları, hətta digər ölkə vətəndaşlarının bu ölkəyə gedərək, yerli hökumətə qarşı vuruşmaları barədə çoxsaylı fətvalar veriblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2822.html