18 Fevral, 2015
Kərbəlada İmam Hüseyn (ə) türbəsi genişləndiriləcək

İraqa səfər edən İran prezidentinin birinci müavini İshaq Cahangir  İmam Hüseyn (ə.s) türbəsinin genişləndirilməsi haqqında saziş imzalayıb.


Ahlibeyt.az-ın  İslamazəri-yə istinadən verdiyi xəbərə görə, İki ölkə arasında imzalanan müqavilədə İmam Hüseyn (ə.s) türbəsi, 46 min kvadratmetrlik sahədə, 170 min kvadrat metr ölçüdə və 3 mərtəbədən ibarət olacağı barədə razılığa gəlinib.


İnşa olunacaq üç mərtəbənin iki mərtəbəsi yerin altında, bir mərtəbəsi isə üst qat olacaq. Türbəyə məxsus sahədə kitabxana, muzey və dua sahələrinin yer alması da planlaşdırılır. Bu layihədən sonra Hz. Zeynəb(s.ə) türbəsinin tikintisinin başlanılması nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2819.html