
Pakistanın Peşəvər vilayətində məscidə terror hücumu olub.Pakistanın şimal-qərbində yerləşən Peşavər şəhərində (Hayber-Pahtunhva əyalətinin inzibati mərkəzi) üç güclü partlayış törədilib.
Ahlibeyt.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Peşəvərdə cümə namazı vaxtı məsciddə partlayışlar törədilib.
Polis qüvvələrinin uniformasında olan təxminən 10 terrorçu Pişavər şəhərində cümə namazı zamanı çiələrin tolaşdığı məscidə daxil olub və onlardan biri üzərindəki partlayıcı qurğunu namaz qılanlar arasında işə salıb və məscidə qarşısındakı kütləyə atəş açılıb.Ümumilikdə məscid qarşısında daha 3 partlayış törədilib. Atışma və partlayışlar nəticəsində azı 19 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Hadisə baş verərkən Peşəvər məscidində 1000-ə yaxın adam olub.
Məscidə hücuma görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.
Qeyd edək ki,təkfirçi terror qruplaşmaları tərəfindən Pakistanda şiə məscidlərinəinə edilən və çoxsaylı insan tələfatı ilə nəticələnən ikinci analoji haldır.