5 Oktyabr, 2011
Sünni və şiə problemlərinin həlli olunması yönündə razılıq əldə olunub

Misirin əl-Əhram qəzeti xəbər verir ki, Livanda yerləşən "İmam Həkim" Fondunun rəhbəri Ayətullah Seyyid Əli Həkim əl-Əzhər Universitetinin rektoru Şeyx Əhməd ət-Teyyib və Misirin müftisi Əli Cümə ilə görüşüb. Ayətullah Əli Həkim həmin görüş barədə bildirib ki, görüşümüz dostluq əhval-ruhiyyəsində keçdi və müsəlmanların ixtilaflarını və təkfir fitvalarını müzakirə etdik. əl-Əzhər şeyxilə həmçinin sünni-şiə problemlərinin həll edilməsi yollarının axtarılması ilə bağlı razılığa gəldik və qərara alındı ki, ikitərəfli görüşlər müntəzəm keçirilsin.

Həmçinin bildirilir ki, bundan başqa Misir tərəfdən Misirin müftisi Əli Cümənin başçılıq etdiyi "Darul-Fətva" ilə "İmam Həkim" Fondu arasında da sünni-şiə problemlərinin həlli yolunda davamlı görüşlər keçirilməsi qərara alınmışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-280.html