5 Fevral, 2015
Reklamda müsəlman qadın obrazına yer verməsi xristianların etirazına səbəb olub

"Jeep" 2015-ci ilin yeni modeli olan "Jeep Super Bowl"un reklamı zamanı müsəlman qadına yer ayırması xristianların narazılığına səbəb olub.

Ahlibeyt.az-ın İnterAz-a istinadən verdiyi xəbərə görə, The İndependent agentliyinin məlumatında bildirilir ki, reklamda Amerikanın folklor musiqilərindən biri səslənir (This Land is Your Land), ABŞ-a məxsus landşaftın göstərilməsi ilə başlayır və ardınca dünyanın müxtəlif bölgələrindən ən tanınmış məkanlar və müxtəlif xalqların nümayəndələri əks olunur. Antiislamçıların səs-küyünə səbəb isə videoçarxda müsəlman ölkələri göstərilərkən müsəlman qadın obrazına yer verilməsidir.

"Yaxşı olar ki, müsəlman ölkələri göstərilərkən başkəsən, insanları öldürən şəxslər göstərilsin" - deyə şirkət rəhbərliyinə kəskin etirazlarını bildiriblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2783.html