
"İslam Dövləti" (İŞİD) terror təşkilatı ötən gün ər-Riqqada iordaniyalı pilot Məaz əl-Kəsasəbinin diri-diri yandırılmağına vəhhabilik və sələfiliyin nəzəri əsasını qoymuş İbn Teymiyyənin fətvasını sübut gətirib: “Əgər onların doğranılmağı imana gəlmələri və düşmənçilikdən uzaqlaşmalarına səbəb olacaqsa, lazım olan cəzaları (dini ədəbiyyatda cinayətkar üçün nəzərdə tutulmuş cəza növləri) həyata keçirin. Bu zaman cihad qanunidir.”
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bunlar İŞİD üzvlərinin İordanoyalı pilot əl-Kəsasəbinin yandırılması ilə bağlı yaydıqları 23 dəqiqəlik videogörüntüdə yer alır.
Qeyd edək ki, əhli-sünnə hədis mənbələrində insanı yandırmaqla cəzalandırmaq barədə İbn Teymiyyənin bu fətvasının tam əksinə olaraq, belə bir hədis nəql edilib: “Odla yalnız Allah əzab verə bilər.” (Səhid Buxari - Cihad fəsli)