
.jpg)
Ustad Mütəhhəri həm də İslami vəhdət ideyasının ən fəal təbliğatçılarından biri idi. Onun Fələstin, Qüdsün azad olunması mövzusundakı çıxışları bu gün də aktuallığını qoruyub saxlayır. Məhz İsrail əleyhinə sərt çıxışlarına görə şah hökuməti M.Mütəhhərini həbs etdirdi. Amma bütün bu təzyiq və təqiblər Mütəhhərini başladığı mübarizədən kənarlaşdıra bilmədi. Nəhayət şah hökuməti ən sonuncu vasitəyə əl atdı: Mütəhhərinin insanlar qarşısında çıxış etməsi yasaqlandı. Bundan sonrakı dövrdə o, kütlə qarşısında çıxış edə bilmirdi.
Mürtəza Mütəhhərinin bu gün dəfələrlə dünyanın müxtəlif dillərinə tərcümə olunmuş onlarca kitabı qalıb.Onun əsərləri yaşından, elmi səviyyəsindən asılı olmayaraq hər bir kəsdə maraq doğurur. Bu əsərlərin mövzusu isə çox zəngindir. Şəhid Mütəhhərinin "Maddəçiliyə yönəlmənin səbəbləri", "Marksizmə bir tənqid", "İnsan və müqəddəratı", "İslami elmlərlə tanışlıq", "Nəhcül Bəlağəyə bir baxış", "İlahi ədalət", "İmamət və rəhbərlik", "İslam və zamanın tələbləri", "Cihad", "Doğruların hekayəsi", "Peyğəmbərin (s) davranışlarına bir baxış", "Nübuvvətin sonu", "İslam elmlərilə tanışlıq", "Quranla tanışlıq", "Son yüz ilin İslam hərəkatlarının xülasə təhlili", "İslam inqilabı haqqında", "İslam cümhuriyyəti haqqında", "Hicab", "İslamda qadın hüququ", "İnsanın ictimai inkişafı", "Məsum imamların əxlaqına bir baxış", "Kamil insan", "İslam iqtisadiyyatı sisteminə bir baxış", "Tarix fəlsəfəsi", "Tövhid", "Nübuvvət", "Məad" və digər əsərləri dünyanın müxtəlif dillərinə, tərcümə olunaraq yayılıb. Adlarından göründüyü kimi əsərlər həm dini, həm də dünyəvi mövzuları əhatə edir. Bu əsərlərdə Mütəhhəri zamanın yaratdığı suallara İslam məntiqi və müasir elmin nailiyyətləri ilə müqayisəli məntiqi cavablar verir.
Mənbə: Birlik.az