2 Fevral, 2015
Quran və İslami kitablar Fransada ən çox satılan kitablar
Parisdə baş verən son islamofob hadisələrin ardınca bir çox kitab mağazaları fransalı oxucu və alıcıların Qurana və İslam dininə aid kitablara maraqlarının daha da artdığını bildiriblər.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,Qərb mətbuatı     Parisdə baş verən son islamofobiya hadisələrinin və "şarli hebdo" jurnalının İslam Peyğəmbərini (s) təhqir etməsinin ardınca bir-çox kitab evlərinin fransalı oxucu və alıcıların Qurana və İslam dininə aid kitablara maraqlarının daha da artdığını qeyd ediblər.

Parisdəki son hadisələr bir çoxlarını İslam mədəniyyəti ilə maraqlanmağa sövq edib. Dini kitablar üzrə ixtisaslaşmış "Laprukur" kitab satışı mağazaları şəbəkəsinin əməkdəşı  Franskultur radiosu ilə müsahibəsində deyib ki, bizim kitab mağaları və anbarlarımızda olan Quran nüsxələri artıq tamamilə satılıb qurtarıb.

Parisin "Fnak" kitab mağazaları məsulu deyib: Son hadislərdən sonra İslam və Ərəb mədəniyyəti, cihad, terror, irqçilik, Orta Şərq və Orta Asiya barədə yazılan kitablar ən çox satılan kitablardır. Belə ki, "şarli-hebdo" hadisəsindən bir gün sonra bu mövzularda olan kitablarımız tamamilə satıldı. Və bu mövzularda hər gün kitab satışının vəziyyəti belədir.
O dedi: Tariq Ramazan adlı müəllifin kitabları və "Uşaqlar üçün İslam" kitabı ən çox satılan kitablardandır.
O əlavə edib: Bütün yaş qrupları və müxtəlif inanclı insanlar bizdən İslam, Məsihilik və Yəhudilik haqqında kitablar alırlar. Elə insanlar bizdən Quran alırlar ki, hadisələrdən öncə heç vaxt heç bir dini kitab ilə maraqlanmazdılar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2772.html