
Bu gün saat 10:30-da Bakı şəhəri Səbail Rayon məhkəməsində İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramovun məhkəməsi keçirildi.
Məhkəmə qapalı keçirilib.
Məhkəmə başa çatıb və Ramin Bayramovun istintaqı daha 2 ay uzadılıb.
Qeyd edək ki, İslamazeri.az saytının baş redaktoru Ramin Bayramov Avqust ayının 11-i Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hacı Ramin narkotik istifadə etmək və qanunsuz silahlar saxlamaqda isttiham olunur. Ramin Bayramov bu günə qədər MTN-də saxlanılır.
islam-azeri.az