
Ötən gün İraqın Kərkük şəhərinə üç istiqamətdən irimiqyaslı hücum edən İŞİD (İraq və Şam İslam Dövləti) radikal-təkfirçi terror təşkilatına məxsus silahlıalr kürdlərin “Peşmərgə” qüvvələrinin müqaviməti nəticəsində 100-dən çox itki verərək geri çəklibl
Ahlibeyt.az-ın abna-ya istinadən verdiyi xəbərə görə,İraq ordusu və yerli özünümüdafiə qüvvələri bundan əvvəl itirdikləri Məryəm-Bik, Məktəb-Xalid və Təll-Vərd ərazilərini əks-hücum həyata keçirməklə geri alıb.
Məlumatda bildirilir ki,ötən gün döyüşlərdə İraq ordusu,polis, "Peşmərgə" və yerli özünümüdafiə qüvvələri İŞİD-ə qarşı apardıqları əməliyyat nəticəsində terrror təşkilatının Kərkükə doğru irəliləyişinin qarşısı alınıb.
Qeyd olunur ki,döyüşlər nəticəsində İŞİD terror təşkilatının 130 silahlısı məhv edilib 140 nəfərdən çox silahlı yaralı olaraq ələ keçirilib, çox sayda hərbi texnika sıradan çıxarılıb.Əməliyyat nəticəsində ordu və müqavimət qüvvələri 50-yə qədər itki verib.
Kərkükdə öldürülən İŞİD terrorçularının görüntülərini yayılıb
https://www.youtube.com/watch?x-yt-ts=1422579428&v=AUWun1Q11lQ&x-yt-cl=85114404