28 Yanvar, 2015
İraqda "Nəhcül-Bəlağədə tibbi məsələlər və ümumi gigiyena" kitabı çapdan çıxdı

İraqda "Nəhcül-bəlağədə tibbi məsələlər və ümumi gigiyena" - (ət-tib vəs-sihhətul-ammə fi nəhcul-bəlağə) kitabı ərəb dilində çapdan çıxdı. Kitabın müəllifi Yəhya Kazim Sultanidir

Ahlibeyt.az-ın İqna-ya agentliyinə istinadən verdiyi xəbərə görə İraqda "Nəhcül-bəlağədə tibbi məsələlər və ümumi gigiyena" - الطب و الصحة العامة فی نهج البلاغة - (ət-tib vəs-sihhətul-ammə fi nəhcul-bəlağə) kitabı ərəb dilində çapdan çıxıb.Kitabın müəllifi Yəhya Kazim Sultanidir. O, Kufə universitetinin "Dərman peraparatlarının hazırlanması" fənni üzrə mütəxəssis müəllimi kimi çalışır.

Qeyd olunr ki,kitab 22 fəsl və 320 səhifədə yazılıb. Kitabda "Nəhcül-bəlağə"də keçən tibbi hədislər araşdırılmışdır.

İraqın Ali Təhsil və Elmi Tədiqaqat Nazirliyinin ümumi əlaqələr idarəsinin müdiri Kazim İmran Musa bu barədə bildirib: Müəllif bu kitabda Nəhcül-Bəlağə ilə Tibbi elmi və ümumi gigiyena arasında olan çox sıx bağlılığı təhlil etmişdir.

O əlavə edib ki, Nəhcül-Bəlağə barədə çox sayda kitab və məqalələrin yazılmasına baxmayaraq indiyədək bu dəyərli kitab ilə müasir elm arasında olan rabitə haqqında kitab və məqalələr lazım olan həddə işlənilməmişdir. Kitabın müəllifi də bu boşluğun bir hissəsini doldumraq hədəfi ilə belə bir kitabı qələmə almışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2759.html