
Türkiyənin Ankara Gölbaşı Sülh Cəza Məhkəməsi "Facebook" sosial şəbəkəsində Məhəmməd peyğəmbər (s) haqqında təhqir ehtiva edən səhifələrin bağlanılmağı barədə qərar qəbul edib.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,prokuror Harun Ceylanın iddiası əsasında açılan məhkəmə işində qəbul edilən qərara əsasən, sözügedən səhifələrin bağlanmayacağı təqdirdə, "Facebook"a giriş tamamilə qadağan ediləcək.
Müvafiq qərar ölkənin Telekommunikasiya və Rabitə Nazirliyinə göndərilib