24 Yanvar, 2015
Dini Komitənin sədri Xırdalanda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 27-də Xırdalan şəhərində Abşeron, Sumqayıt və Xızıdan olan vətəndaşları qəbul edəcəkdir.

Ahlibeyt.az-ın DQİDK-nın rəsmi veb saytına istinadən verdiyi xəbərə görə,DQİDK sədri ilə görüş səhər saat 11:00-da Xırdalan şəhər Mədəniyyət sarayında keçiriləcək qəbulda adları çəkilən şəhər və rayon sakinlərinin arzu və təklifləri, eləcə də onları narahat edən məsələlərlə bağlı müraciətləri dinləniləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt - Abşeron  bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Azər Abasov

Tel: (050) 211-22-36
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2751.html