
Ankara "Kızılay" metrostansiyasında insanlar namaz qılıb və dualar ediblər. Hər cümə günü baş verən bu mənzərə Türkiyə qəzetlərində geniş yer tutub.
Ahlibeyt.az-ın anspress-ə istinadən verdiyi məlumata görə,Türkiyədə bəzi qəzetlər ortaya çıxan bu mənzərəni"Dəhlizi bağladılar",- deyə manşetlərə çıxarıb. Məlumatlarda insanların metroda ibadət etməsinin sərnişinlərin hərəkətinə maneə törətdiyinə diqqət çəkilib.
Qeyd edək ki, Ankaranın mərkəzində olan "Kızılay" metrostansiyasının içərisində məscid var.