
Suriyada təkfirçilər daha bir din xadiminin qəbrini uçurub cəsədini çıxarıblar - Fotolent
Suriyanın Hələb bölgəsində Seyid Məhəmməd ən-Nubhan adlı şəxsə mənsub olan türbə uçurulub, cəsədi çıxarılıb.
Suriyada təkfirçilər daha bir din xadiminin qəbrini uçurub cəsədini çıxarıblar - Fotolent
Suriyanın Hələb bölgəsində Seyid Məhəmməd ən-Nubhan adlı şəxsə mənsub olan türbə uçurulub, cəsədi çıxarılıb
Suriyanın Hələb şəhərinin Bab Əl-Hadid bölgəsində Keltaviyyə məscidi ərazisində təkfirçi terror qruplaşmaları illər öncə vəfat etmiş din alimlərindən birinə aid olduğu bildirilən türbəni yıxaraq cəsədini çıxarıblar.
Ahlibeyt.az-ın Suriya mətbuatına-a istinadən verdiyi xəbərə görə, türbədənin 1900-1974-cü illərdə yaşayan sufi şeyxi Seyid Məhəmməd ən-Nubhan Hələbiyə aid olduğu bildirilir..
Verilən məlumatlarda yerli əhalinin türbəyə hücumun qarşısını almağa çalışdığını lakin silahlı qruplaşmaların qarşılarına çıxan hər kəsi edam edəcəkləri hədələri qarşısında geri çəkilmələri qeyd edilir.
Məlumata görə, təkfirçi silahlılar qəbri qazaraq şeyxin cəsədinin qalıqlarını çıxarıblar.Silahlılar məscid ərazisində yerləşən "şirk" əlaməti hesab etdikləri Seyid ən-Nubhana aid kitabxana yandırılaraq məhv edilib. Bundan sonra ağır texnikanın köməyilə türbəni uçurublar.
Türbənin uçurma işini Suriyada fəaliyyət göstərən təkfirçi "Ənsaruddin" cəbhəsi, "ən-Nusra" cəbhəsi, "Əhrar uş-Şam" qruplaşması, Hələbin "şəriət" məhkəməsi və Əmr be-məruf və Nəhy əz-munkər heyəti həyata keçirib.Qruplaşmaların məscid ətrafında olan evlərə hucum edərək qarət etdikləri bildirilir.
Qəbirdən çıxarılan cəsəd qalıqları naməlum istiqamətə aparılıb.

