
Fransalı kinorejissor İzabel Matiç ölkəsində baş verən terror aktlarından sonra İslamı qəbul etmək qərarına gəlib.
Ahlibeyt.az-ın IslamNews-a istinadən verdiyi məlumata görə, rejissor bu barədə öz Facebook səhifəsində yazıb -"Mən İslamın ilk mərhələsini keçdim. Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur və Məhəmməd peyğəmbər də onun rəsuludur".
Kinorejissor həmçinin öz facebook səhifəsində İslamın bəzi əsaslarını qeyd edib.Matiç bildirib ki, Fransadakı terror aktları və son hadisələr onun islamı qəbul etməsi qərarını verməsinə təkan olub.O, bu qərarı verməklə İslamın həqiqi pak və sülh dini olduğunu sübut etmək istədiyini deyib.